Sudanda idman klubuna hücum zamanı 6 nəfər öldürülüb

Sudanda idman klubuna hücum zamanı 6 nəfər öldürülüb
# 11 iyul 2021 05:03 (UTC +04:00)

Sudanın şimal-şərqindəki Port-Sudan şəhərində idman klubuna edilən hücum zamanı azı altı nəfər öldürülüb.

APA xəbər verir ki, bu barədə yerli “Alrakoba” onlayn qəzeti yazıb.

Məlumata görə axşam saatlarında motosikletli bir neçə nəfər idman klubunun ərazisinə yaxınlaşıb və əldəqayırma partlayıcı qurğularla hücum ediblər. Bundan başqa, onlar hadisə yerini tərk edərkən markası məlum olmayan silah növündən bir neçə dəfə atəş açıblar.

İnsident nəticəsində iki nəfər hadisə yerində ölüb, biri qadın olmaqla digər dörd nəfər yerli xəstəxanaya aparılsa da, onlar aldıqları yaralardan ölüblər.

Artıq şəhər polisi cinayət törətməkdə şübhəli bilinən bir neçə nəfərin həbs olunduğunu açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR