Tunis sahillərində gəminin qəzaya uğraması nəticəsində azı 23 nəfər ölüb

Tunis sahillərində gəminin qəzaya uğraması nəticəsində azı 23 nəfər ölüb
# 02 iyun 2021 07:01 (UTC +04:00)

Tunis sahillərində Aralıq dənizi vasitəsilə Liviyadan İtaliyaya keçmək istəyən 23 afrikalı mühacir gəminin qəzaya uğraması nəticəsində boğularaq ölüb.

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə Tunis Qızıl Aypara təmsilçisi bildirib.

Qeyd edilib ki, 70 miqrant xilas edilib.

Gəmidə 90-dan çox mühacirin olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR