Tunisdə hərbi helikopter qəzaya uğrayıb, üç nəfər ölüb

Tunisdə hərbi helikopter qəzaya uğrayıb, üç nəfər ölüb
# 06 oktyabr 2021 04:16 (UTC +04:00)

Tunis ordusuna məxsus helikopter ölkənin şərqində gecə təlimi zamanı qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə “Mosaique FM” radiosu Tunis Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Əl-Hamma rayonunda qeydə alınan hadisə nəticəsində helikopterdə olan 3 hərbçinin öldüyü bildirilib.

Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR