Uqandada 800-dən çox insana saxta koronavirus peyvəndi vurulub

Uqandada 800-dən çox insana saxta koronavirus peyvəndi vurulub
# 01 iyul 2021 06:52 (UTC +04:00)

Uqandada 800-dən çox insana saxta koronavirus peyvəndi vurulub, onların bəziləri pandemiyanın ikinci dalğasında həlak olub.

APA xəbər verir ki, bu barədə yerli “Daily Monitor” səhiyyə monitorinqi bölməsinə istinadən məlumat yayıb.

Bölmə rəhbəri Uollen Namara bildirib ki, hazırda axtarışda olan bir həkim də daxil olmaqla şübhəlilərin hamısı 15 May - 17 İyun tarixləri arasında vətəndaşları və bir sıra şirkətləri aldadaraq, saxta peyvəndlər vurulduğunu qeyd ediblər. Rəsmi qurumlar pul qarşılığında peyvənd vuran iki tibb bacısını saxlayıblar və peyvənd vurulanların siyahıları, verilən sertifikatlar ələ keçirilib.

Monitorinq bölməsinin rəhbəri vətəndaşları narahat olmamağa çağırıb, çünki güman olunur ki, dələduzlar oğurladıqları ampulanın içərisinə adi su töküblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR