Yəməndə husilərin atdığı raket zərbələri nəticəsində 17 nəfər ölüb

Yəməndə husilərin atdığı raket zərbələri nəticəsində 17 nəfər ölüb
# 05 iyun 2021 23:18 (UTC +04:00)

“Ansar Allah” hərəkatına daxil olan üsyançı husilərin Yəmənin Marib şəhərinə atdığı raket zərbələri nəticəsində azı 17 nəfər həyatını itirib.

APA xəbər verir ki, bu barədə “Al-Hadath” telekanalı məlumat yayıb.

Raketlərdən birinin yanacaqdoldurma məntəqəsinin yaxınlığına düşdüyü bildirilir.

Hadisənin tam təfərrüatları barədə məlumat verilməyib.

Qeyd edək ki, husilər Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin ordu qərargahının yerləşdiyi Marib şəhərini öz nəzarətinə keçirmək məqsədilə ötən aylardan bölgəyə davamlı hücumlar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR