Yohannesburq şəhərinin yeni seçilmiş meri yol qəzasında ölüb

Yohannesburq şəhərinin yeni seçilmiş meri yol qəzasında ölüb
# 19 sentyabr 2021 02:36 (UTC +04:00)

CAR-ın Yohannesburq şəhərinin yenicə seçilmiş meri, siyasətçi Colidi Matonqo avtomobil qəzasında ölüb.

APA xəbər verir ki, bu barədə yerli “news24” portalı məlumat yayıb.

Bildirilir ki, Matonqo Afrika Milli Konqres partiyasının bələdiyyə seçkiləri ərəfəsində təbliğat apardığı Yohannesburq şəhəri yaxınlığındakı Souetoda prezident Siril Ramafosanı müşayiət edib.

Matonqonun sələfi Ceff Mahubo da iyul ayında koronavirusdan ölmüşdü. Bundan sonra, yəni avqustun 10-da Matonqo CAR-ın ən böyük meqapolisinin rəhbəri seçilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR