Zimbabvedə yol qəzasında 20 nəfər ölüb

Zimbabvedə yol qəzasında 20 nəfər ölüb
# 06 iyul 2021 03:15 (UTC +04:00)

Zimbabvenin cənub-qərbində iki avtomobilin toqquşması nəticəsində azı 20 nəfər ölüb.

APA-nın məlumatına görə, bu barədə yerli polisin rəsmi “Twitter” səhifəsində bildirilib.

Qəza Masvinqo-Mbalabala yolunda baş verib. Hadisəyə səbəb avtomobillərdən birinin təkərinin partlaması və qarşıdakı zolağa keçməsi olub.

Hadisə nəticəsində daha üç nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR