“Time” jurnalı Qreta Tunberqi “İlin adamı” elan edib

“Time” jurnalı Qreta Tunberqi “İlin adamı” elan edib
# 11 dekabr 2019 17:53 (UTC +04:00)

ABŞ-ın nüfuzlu “Time” jurnalı Qreta Tunberqi “İlin adamı” elan edib.

APA-nın xəbərinə görə, bu barədə jurnalın “Twitter” səhifəsində bildirilib.

Q. Tunberq ətraf mühiti iqlim dəyişikliyinin təsirindən qorumaq üçün apardığı mübarizəyə görə bu mükafata layiq görülüb.

İsveçdən olan iqlim fəalı Q. Tunberq 2018-ci ilin avqust ayında iqlim dəyişikliyi ilə mübarizəyə diqqət çəkmək üçün tətil başladıb və İsveç Parlamentinin önündə oturaraq dinc aksiya keçirib. Bu aksiya qısa müddətdə qlobal hərəkata çevrilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR