ABŞ Avstraliyaya 2 mlrd. dollarlıq helikopter və tank satmağı planlaşdırır

ABŞ Avstraliyaya 2 mlrd. dollarlıq helikopter və tank satmağı planlaşdırır
# 30 aprel 2021 08:16 (UTC +04:00)

ABŞ Avstraliyaya ümumi dəyəri 1,94 milyard dollar olan 4 ədəd CH-47F Chinook ağır hərbi nəqliyyat helikopteri, 75 ədəd “M1A2 Abrams tankı, onlarla zirehli texnika və bunlara uyğun avadanlıq çatdırmağı planlaşdırır.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamenti və Pentaqonun tabeliyində olan müvafiq dövlət qurumu məlumat yayıb.

ABŞ rəsmilərinin verdiyi məlumata görə, razılaşmada, həmçinin “M1A1” tankları üçün 160 ədəd korpus, 29 ədəd “M1150” minatəmizləyən zirehli maşınlar, 18 ədəd zirehli körpü (hər ikisi “M1 Abrams” tankı bazasında) və 6 ədəd “M88A2” zirehli təmir-təxliyə maşınının tədarükü də nəzərdə tutulub.

Bundan başqa, yeni müqavilələrə 122 ədəd “AGT1500” qaz turbin mühərrikinin, 8 ədəd “T55-GA-714A” təyyarə turbin mühərrikinin, habelə raket hücumu xəbərdarlıq sisteminin çatdırılması da daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR