ABŞ Bolqarıstan Xüsusi Cinayət Məhkəmisinin hakiminə sanksiya tətbiq edib

#
# 18:00
5 fevral 2020

ABŞ Bolqarıstanın Xüsusi Cinayət Məhkəmisinin hakimi Andon Mitalova qarşı sanksiya tətbiq edib.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat verilib.

Bildirilib ki, hakim Andon Mitalov qanunun aliliyinə və Bolqarıstanda demokratik təsisatların müstəqilliyinə ciddi şəkildə xələl gətirən korrupsiya əməllərində yaxından iştirak edib.

A. Mitalovdan əlavə onun həyat yoldaşı Kornelia Stoykova-Mitalova və qızı Gergana Mitalovaya qarşı da sanksiyalar tətbiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR