ABŞ Çini valyuta manipulyatorları siyahısından çıxarıb

ABŞ Çini valyuta manipulyatorları siyahısından çıxarıb
# 14 yanvar 2020 04:57 (UTC +04:00)

ABŞ Çini valyuta manipulyatorları siyahısından çıxarmaq qərarına gəlib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin bazar ertəsi yayılan ölkənin ticarət tərəfdaşlarının makroiqtisadiyyat və pul siyasəti ilə bağlı yarımillik hesabatında deyilir.

Vaşinqton və Pekin arasında ticarət sazişinin birinci mərhələsinin imzalanması ərəfəsində siyahıya istisna edilib.

Qeyd edək ki, 2019-cu il 5 avqust tarixində ABŞ Maliyyə Nazirliyi Çini valyuta manipulyatoru olaraq qiymətləndirmişdi və Pekindən “şəffaf pul siyasətinə sahib olmağı” tələb etmişdi. Çin Mərkəzi Bankı, bundan sonra Vaşinqtonun qərarının əsassız olduğunu və qlobal iqtisadiyyatın və qlobal maliyyə sisteminin bərpasına mənfi təsir göstərəcəyini bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR