ABŞ Dövlət Departamenti Rusiyanı təcavüzkar adlandırıb

ABŞ Dövlət Departamenti Rusiyanı təcavüzkar adlandırıb
# 20 aprel 2021 23:13 (UTC +04:00)

“ABŞ Dövlət Departamenti Rusiyanı Rusiya-Ukrayna sərhədindəki vəziyyət kontekstində "təcavüzkar" olaraq qiymətləndirir və Kiyevin gərginliyə səbəb olan addımlar atdığına dair heç bir əlamət görmür”.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays çərşənbə axşamı bildirib.

"Açıq deyim: Rusiya bu vəziyyətdə təcavüzkardır. Ukraynanın təxribatlara və ya gərginliyə təhrik etdiyinə dair hər hansı bir əlamət görmədik. Gördüklərimiz, Ukraynanı hərəkətlərdə saxta ittiham etmək üçün hazırlanmış bir Rus dezinformasiya kampaniyasıdır. Bu, Kremlin törətdiyi həqiqətdir”, deyə Prays vurğulayıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR