ABŞ Dövlət katibi Con Boltonu xəyanətkar adlandırıb

ABŞ Dövlət katibi Con Boltonu xəyanətkar adlandırıb
# 19 iyun 2020 11:24 (UTC +04:00)

“Con Bolton açıq-aşkar yalan yayır”.

APA-nın ABŞ Departamentinin saytına istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət katibi Mayk Pompeo Prezident Donald Trampın sabiq müşaviri Con Boltonun memuarından dərc olunan çıxarışlara münasibət bildirərkən deyib.

"Mən o kitabı oxumamışam, lakin kitabdan dərc olunan çıxarışlara əsasən deyə bilərəm ki, Con Bolton açıq yalanlar, yarımçıq həqiqətlər yayır. Bu, çox təhlükəlidir, həm də təəssüf doğurur”, - deyə M. Pompeo qeyd edib.

ABŞ Dövlət katibi C. Boltonu xəyanətdə ittiham edib.

“Mən bütün dünyadakı dostlarımıza müraciət edirəm: "Siz bilirsiniz ki, Prezident Trampın Amerikası dünyada müsbət gücü təmsil edir”, - deyə o vurğulayıb.

Xatırladaq ki, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri C. Boltonun memuarından hissələr dərc edilib. Bu memuarda D. Trampla bağlı ziddiyyətli məqamlar yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR