ABŞ Dövlət katibi Entoni Blinken Brüsselə səfər edəcək.
APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Dövlət katibi Entoni Blinken 13-15 aprel tarixlərində Brüssel şəhərində səfərdə olacaq.
“Dövlət katibi bu fürsətdən istifadə edərək, ABŞ-ın Transatlantik alyansda qarşılıqlı hədəflərimizə çatmaq üçün vacib tərəfdaşlığa sadiqliyini bir daha təsdiqləyəcək. Entoni Blinken avropalı həmkarları ilə əsas prioritetləri və ortaq çağırışları müzakirə etmək üçün ikitərəfli və çoxtərəfli görüşlər keçirəcək”, - Dövlət Departamentinin məlumatında qeyd olunub.
Qeyd edək ki, ABŞ müdafiə naziri Lloyd Ostin də Brüsselə səfər edəcək. O, NATO Baş katibi Yens Stoltenberqlə görüşəcək.