ABŞ Konqresində prezident Trampın impiçmentinin müzakirələrinə başlanılıb

ABŞ Konqresində prezident Trampın impiçmentinin müzakirələrinə başlanılıb
# 19 dekabr 2019 05:47 (UTC +04:00)

ABŞ Konqresinin Nümayəndələr palatasında impiçment prosesi çərçivəsində Prezident Donald Trampa qarşı iki maddəlik ittiham üzrə müzakirələr başlayıb.

APA "TASS" agentliyinə istinadən xəbər verir ki, təxminən 6 saat davam edəcək müzakirələr Donald Trampa qarşı iki - Amerika administrasiyasının hazırkı rəhbərinin vəzifədən sui-istifadəsi və Konqresin təhqiqatına maneə olmaq maddələrindən ibarət ittihamların hər biri üzrə səsvermə ilə bitməlidir.

Qeyd edək ki, Konqresmenlər ittihamları dəstəkləsə, ABŞ prezidentinə qarşı impiçment elan olunacaq. Donald Tramp hələlik hakimiyyətdən uzaqlaşdırılmasa da, rəsmən “impiçment elan olunan” prezident adlandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR