ABŞ Konqresinin Nümayəndələr Palatası Navalnı məsələsinə görə Rusiyaya qarşı sanksiya tətbiq edilməsini istəyir

ABŞ Konqresinin Nümayəndələr Palatası Navalnı məsələsinə görə Rusiyaya qarşı sanksiya tətbiq edilməsini istəyir
# 19 noyabr 2020 03:01 (UTC +04:00)

ABŞ Konqresinin Nümayəndələr Palatası rusiyalı müxalifət lideri Aleksey Navalnı hadisəsi ilə əlaqədar qətnamə qəbul edib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu sənəddə bir sıra məsələlərlə yanaşı amerikalı qanunvericilər Vaşinqton administrasiyasını baş verən insidentə görə Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.

Nümayəndələr Palatası və Senatın qətnamələrinin (Konqresin hər palatasında ayrı-ayrılıqda qəbul edilir) heç bir hüquqi qüvvəsi yoxdur və tövsiyə xarakteri daşıyır. Beləcə, qanunvericilər müəyyən bir məsələ ilə bağlı mövqelərini ifadə edirlər və icraedici orqanın bu kimi sənədlərə məhəl qoymamaq hüququ var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR