ABŞ Prezidentinin təşəbbüsü ilə Liderlərin İqlim Sammiti keçirilir

#
# 16:50
22 aprel 2021

ABŞ Prezidenti Co Baydenin təşəbbüsü ilə Liderlərin İqlim Sammiti keçirilir.

APA-nın xəbərinə görə, dünyanın 40 ölkəsinin liderlərinin dəvət aldığı sammit onlayn formatda təşkil olunub. 

Sammitin açılışında çıxış edən ABŞ Prezidenti Co Bayden ölkələrin iqlim dəyişikliyi ilə bağlı qətiyyətli addımlar atmalı olduğunu deyib:  "İnanıram ki, bu sammitdə ölkələr iqlim dəyişikliyi ilə bağlı ambisyalarını və hədəflərini müəyyənləşdirə biləcəklər.  Biz xalq olaraq bu istiqamətdə gedirik. Yalnız daha firavan deyil, həm də bütün planetimiz üçün daha sağlam, ədalətli və təmiz bir iqtisadiyyat qurmaq üçün hərəkət edirk. Bu addımlar Amerika iqtisadiyyatını 2050-ci ildən gec olmayaraq sıfır karbon emissiyası səviyyəsinə gətirəcək."

Prezident bildirib ki, ABŞ 2030-cu ilədək karbon emmisiyalarını 50-52%-ə qədər azaldacaq: ""Heç bir xalq bu böhranı təkbaşına həll edə bilməz və bu sammit təhlükəsiz, firavan və davamlı gələcəyə aparan bir addımdır".

Qeyd edək ki, iki gün davam edəcək sammitdə Çin, Rusiya, Türkiyə, Hindistan, Britaniya, İtaliya, Almaniya, Fransa, Meksika, Braziliya, Yaponiya, Koreya və digər ölkələrin dövlət və hökumət başçıları iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR