ABŞ Senatında ilk koronavirusa yoluxma qeydə alınıb

ABŞ Senatında ilk koronavirusa yoluxma qeydə alınıb
# 23 mart 2020 08:22 (UTC +04:00)

ABŞ-ın Kentukki ştatından olan respublikaçı senator Rand Pol koronavirus testindən keçib, nəticə müsbət olub.

APA “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə senator "Twitter" hesabıda yazıb.

O bildirib ki, səyahətlərdə olması ilə əlaqədar hər etimala qarşı "COVID-19" testindən keçib.

Karantinə alınan senator bu çətin şəraitdə Kentukki xalqı üçün fəaliyyətini davam etdirmək niyyətində olduğunu vurğulayıb.

O, özünü yaxşı hiss etdiyini vurğulayıb.

Qeyd edək ki, bu, ABŞ Senatında ilk koronavirusa yoluxma hadisəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR