ABŞ bir sıra hallar istisna olmaqla, Kubaya fərdi çarter reyslərini dayandırır

ABŞ bir sıra hallar istisna olmaqla, Kubaya fərdi çarter reyslərini dayandırır
# 14 avqust 2020 05:20 (UTC +04:00)

"Bu gün Nəqliyyat Departamentindən Havana da daxil olmaqla, Kubanın bütün hava limanlarına fərdi çarter reyslərinin dayandırılmasını xahiş etdim".

APA Sputnik-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pampeo bildirib.

Onun sözlərinə görə, tibbi məqsədlər üçün bəzi məhdud hallar istisna olunacaq: "Təcili tibbi, axtarış və xilasetmə məqsədləri üçün xüsusi çarter uçuşları istisna təşkil edir. ABŞ və Kuba arasında digər bütün çarter uçuşlar dayandırılacaq”.

Pampeo əlavə edib ki, bu addım ABŞ-ın maraqlarına xidmət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR