ABŞ-da "Zeta" qasırğası qurbanlarının sayı 6 nəfərə çatıb

ABŞ-da "Zeta" qasırğası qurbanlarının sayı 6 nəfərə çatıb
# 30 oktyabr 2020 04:34 (UTC +04:00)

ABŞ-ın cənubunda tüğyan edən Zeta qasırğası nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Bundan əvvəl ABC TV” teleşirkəti təbii fəlakət qurbanlarının üçü barədə məlumat vermişdi. Yeni məlumatlara görə, Alabama, Corciya və Luiziana ştatlarında ümumilikdə altı nəfər ölüb. Qasırğa səbəbindən 2,6 milyondan çox ev işıqsız qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR