ABŞ-da barda atışma olub, ölənlər və yaralılar var

ABŞ-da barda atışma olub, ölənlər və yaralılar var
# 18 aprel 2021 15:10 (UTC +04:00)

ABŞ-ın Viskonsin ştatının Kenoşa şəhərində bir barda silahlı insident baş verib.

APA bildirir ki, bu barədə CNN yerli polis şerifinə istinadən xəbər verib.

Atışma nəticəsində üç nəfərin öldüyü və iki nəfərin yaralandığı qeyd olunub.

Məlumata görə, zərərçəkənlər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Şübhəlinin yeri və hadisənin baş vermə səbəbləri hələ müəyyənləşdirilməyib.

Hüquq-mühafizə orqanları hadisəni araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR