ABŞ-da baş vermiş avtoqəzada azı 5 nəfər ölüb

ABŞ-da baş vermiş avtoqəzada azı 5 nəfər ölüb
# 06 yanvar 2020 01:50 (UTC +04:00)

ABŞ-ın Pensilvaniya ştatında baş verən yol qəzasında azı 5 nəfər ölüb, 60-dan çox insan yaralanıb.

APA xəbər verir ki, bu barədə “Washington Post” nəşri məlumat yayıb.

Qəzada iki qoşqulu yük maşını, bir turist avtobusu və bir neçə minik avtomobili toqquşub. Avtobus hadisə zamanı aşıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR