ABŞ-da bina qismən çöküb, ölənlər var

#
# 05:02
6 oktyabr 2020

ABŞ-ın Hyuston şəhərində (Texas ştatı) bir binanın qismən çökməsi nəticəsində üç nəfər ölüb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə şəhərin yanğından mühafizə xidməti özünün “Twitter” səhifəsində məlumat yayıb.

“Hyustonun qərbində bir binanın çökməsi xəbərindən sonra şəhərin yanğından mühafizə xidmətinin xilasetmə qrupu hadisə yerinə cəlb olunub. Üç nəfərin ölümü təsdiqlənib, vəziyyəti ağır olan bir nəfər isə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib”, - məlumatda belə deyilir.

“NBC” telekanalı xəbər verir ki, söhbət 15 mərtəbəli bir binada pilləkənin çökməsindən gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR