ABŞ-da ilk koronavirus daşıyıcısı aşkarlanıb

ABŞ-da ilk koronavirus daşıyıcısı aşkarlanıb
# 22 yanvar 2020 07:54 (UTC +04:00)

ABŞ-da 2019-nCoV yeni növ koronavirus xəstəliyinin səbəb olduğu ilk pnevmoniyaya yoluxma halı təsdiqlənib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzinin nümayəndələri tərəfindən telefon brifinqi zamanı məlumat verilib.

“The Washington Post” qəzeti bildirib ki, hadisə Vaşinqton ştatında aşkarlanıb. Virus təxminən 30 yaşlarında, bu yaxınlarda Çindən gəlmiş bir kişidə aşkar edilib. Onun vəziyyəti stabil olaraq qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR