ABŞ-da konsertdə açılan atəş nəticəsində iki nəfər ölüb

ABŞ-da konsertdə açılan atəş nəticəsində iki nəfər ölüb
# 20 yanvar 2020 10:11 (UTC +04:00)

Texasdakı gecə klublarının birində keçirilən konsert zamanı açılan atəş nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb.

APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə bazar günü axşam saatlarında San-Antonio şəhərindəki “Ventura” klubunda baş verib.

"Klubda bir qrup şəxs arasında mübahisə düşdü. Bir nəfər silah çıxarıb, atəş açmağa başladı", - deyə şəhərin polisinin başçısı Uilyam MakManus bildirib.

O qeyd edib ki, hadisə nəticəsində bir nəfər yerində ölüb, bir nəfər isə aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Atışma nəticəsində ölən və yaralananların hamısı klubun daimi müştəriləri olub.

Polis hazırda cinayət yerindən qaçmağı bacaran şübhəli şəxsi axtarır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR