ABŞ-da koronavirusa yoluxanların sayı 3010 nəfərə çatıb

ABŞ-da koronavirusa yoluxanların sayı 3010 nəfərə çatıb
# 16 mart 2020 04:40 (UTC +04:00)

ABŞ-da yeni növ koronavirusa yoluxma hallarının sayı 3010-a çatıb, 61 nəfər bu virusdan ölüb.

APA xəbər verir ki, bu barədə “CNN” telekanalı ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası Federal Mərkəzinin (CDC) məlumatlarına istinadən məlumat yayıb.

Bundan əvvəl ABŞ-da yeni növ koronavirus infeksiyana yoluxanların sayının 2816 nəfərdən 2885 nəfərə qədər artdığı, bunlardan 60 nəfərin öldüyü bildirilmişdi.

Məlumatlara görə, koronavirus vətənə dönmüş 70 amerikalıda, habelə 49 ştatın 2940 sakinində və Kolumbiya bölgəsində aşkar edilib. Qərbi Virciniya heç bir yoluxma halının qeydə alınmadığı yeganə ABŞ ştatı olaraq qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR