ABŞ-da koronavirusdan ölənlərin sayı 105 nəfərə çatıb, 6233 nəfər virusa yoluxub - YENİLƏNİB

ABŞ-da koronavirusdan ölənlərin sayı 105 nəfərə çatıb, 6233 nəfər virusa yoluxub - YENİLƏNİB
# 18 mart 2020 03:50 (UTC +04:00)

ABŞ-da koronavirus infeksiyasından ölənlərin sayı 105 nəfərə çatıb.

APA “TASS”-a istinadən xəbər verir ki, belə bir məlumat Cons Hopkins universiteti tərəfindən yayılıb.

Federal dairələrdən və ştatların rəsmi nümayəndələrindən əldə olunmuş məlumatlara əsasən, ölkədə 6233 nəfər koronavirus daşıyıcısı kimi qeydiyyata alınıb, 17 nəfər sağalıb.

“CNN” telekanalı xəbər verib ki, yoluxma halı artıq bütün 50 ştatda və Kolumbiya federal dairəsində müşahidə edilib. Bundan əvvəl yeganə olaraq Qərbi Virciniya ştatında bir nəfər də olsun koronavirus daşıyıcısının qeydiyyata alınmadığı deyilirdi. Artıq burada da virusa yoluxan şəxs var.

***

Saat 01:40

ABŞ-da koronavirus infeksiyasına yoluxanların sayı 5000 nəfəri keçib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə federal və yerli məlumatlar əsasında hesablamaları aparan Cons Hopkins universiteti məlumat yayıb.

Məlumata görə, 5068 nəfərdə koronavirusa yoluxma təsdiqlənib, 85 nəfər ölümcül virusun qurbanına çevrilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR