ABŞ-da koronavirusdan ölənlərin sayı 74 mini keçib

ABŞ-da koronavirusdan ölənlərin sayı 74 mini keçib
# 07 may 2020 08:49 (UTC +04:00)

ABŞ-da koronavirus qurbanlarının sayı 74 mini keçib. Son sutkada burada 2528 nəfər həyatını itirib.

APA xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, ölkədə ümumilikdə 74 807 nəfər virusa yoluxmadan sonra ölüb.

Koronavirusa yoluxanların sayı 1 263 183 nəfər təşkil edir, 210 mindən çox insan sağalaraq xəstəxanaları tərk edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR