ABŞ-da kəşfiyyat təyyarəsi qəzaya uğrayıb

ABŞ-da kəşfiyyat təyyarəsi qəzaya uğrayıb
# 01 sentyabr 2020 04:20 (UTC +04:00)

ABŞ-ın Vircinia ştatında Hərbi Dəniz Qüvvələrinə məxsus “E-2C Hawkeye” kəşfiyyat təyyarəsi qəzaya uğrayıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Donanmasının mətbuat xidməti məlumat yayıb.

Təyyarədə olan iki pilot və digər iki ekipaj üzvü vaxtında paraşüt vasitəsilə eniş edə biliblər.

Qeyd edək ki, hadisə “Norfolk” Hərbi Dəniz Bazasından şimal-şərqdə, Vallops adası yaxınlığında təlim uçuşu zamanı baş verib.

Təyyarənin düşdüyü yerdə dağıntı və tələfat barədə məlumat verilməyib.

Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR