ABŞ-da naməlum şəxs 2 nəfəri güllələdikdən sonra intihar edib

ABŞ-da naməlum şəxs 2 nəfəri güllələdikdən sonra intihar edib
# 25 dekabr 2019 10:28 (UTC +04:00)

ABŞ-ın Florida ştatının Leyklend şəhərində yerləşən yaşayış evlərindən birində silahlı insident baş verib.

APA-nın xəbərinə görə, bu barədə yerli “WUFT” telekanalı polisə istinadən məlumat yayıb.

Naməlum şəxs iki nəfəri güllələdikdən sonra intihar edib. Hadisə baş verən zaman evdə olan 4 azyaşlı xəsarət almayıb.

Ölənlərin şəxsiyyəti məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR