ABŞ-da polislə atışmada iki mülki şəxs ölüb

#
# 04:21
17 aprel 2021

ABŞ-ın Texas ştatının San-Antonio şəhərində baş verən silahlı atışma zamanı bir polis əməkdaşı yaralanıb, iki mülki şəxs ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. 

Polis əməkdaşı avtomobili yoxlamaq üçün saxlayıb. Bu zaman avtomobildəki şəxslərdən biri polisə atəş açıb. Polis cavab atəşi nəticəsində avtomobilin sürücüsü və sərnişinlərdən biri ölüb.

Hadisə zamanı, həmçinin, bir polis və digər sərnişin yaralanıb. Hər ikisi xəstəxanaya yerləşdirilib.

Sürücünün hansı səbəbdən polisə atəş açması bildirilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR