ABŞ-da seçki etirazçılarını dağıtmaq üçün Milli Qvardiyadan istifadə olunacaq

ABŞ-da seçki etirazçılarını dağıtmaq üçün Milli Qvardiyadan istifadə olunacaq
# 05 noyabr 2020 14:18 (UTC +04:00)

Oreqon ştatının hökuməti prezident seçkilərindən sonra küçəyə çıxan Porltland şəhər sakinlərinə qarşı Milli Qvardiyanın köməyindən istifadə edəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Maltnom dairəsinin şerifi özünün “Twitter” hesabında məlumat verib.

O bildirib ki, şəhərdə nizam-intizam yaratmaq məqsədi ilə vilayətin qubernatoru hüquq-mühafizə orqanlarına kömək etmək məqsədi ilə Milli Qvardiyanın köməyindən istifadə edəcək.

Qeyd edək ki, sakinlər prezident seçkilərinin nəticələrinə etiraz olaraq küçələrə çıxıblar. Polis etirazları üsyan adlandırıb, onlarla adam saxlanılıb.

Etirazçıların polisə qarşı "Molotov kokteyli"ndən və şüşə butulkalardan istifadə etdiyi deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR