ABŞ-da son sutkada COVID-19-a 52 mindən çox yoluxma qeydə alınıb

#
# 15:05
22 sentyabr 2020

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 52 mindən çox yoluxma qeydə alınıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Universitetin məlumatına görə, son 24 saat ərzində ABŞ-da COVID-19-a 52 070 yoluxma qeydə alınıb, 356 nəfər ölüb.

ABŞ-da indiyədək koronavirusa 6,8 milyondan çox yoluxma aşkarlanıb, 199 886 nəfər vəfat edib. Koronavirusa yoluxan 2,6 milyondan çox insan isə xəstəlikdən sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR