ABŞ-da təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

ABŞ-da təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
# 24 aprel 2021 12:23 (UTC +04:00)

ABŞ-ın Arizona ştatında təyyarə qəzası nəticəsində iki nəfər ölüb.

APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə yerli polis bildirib.

Təyyarə cümə günü Navaho əyalətinin Uinslou şəhərinin yaxınlığında qəzaya uğrayıb.

"Hadisə yerinə gəldikdə təyyarə alov içində idi, alov Uinslou yanğınsöndürənləri tərəfindən söndürüldü. Hazırda ölümcül xəsarətlərdən iki nəfərin öldüyü məlumdur" - deyə açıqlamada bildirildi”, - Navaho şherifinin ofisinin “Facebook” səhifəsində deyilir.

Hadisə Milli Nəqliyyat Təhlükəsizliyi Şurası və ABŞ Federal Aviasiya İdarəsi tərəfindən araşdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR