ABŞ-da üç uşağını öldürməkdə şübhəli bilinən qadın saxlanılıb

ABŞ-da üç uşağını öldürməkdə şübhəli bilinən qadın saxlanılıb
# 11 aprel 2021 06:18 (UTC +04:00)

ABŞ-ın Kaliforniya ştatında Los Anceles polisi mənzildə 3 uşağın bıçaqlanaraq ölmüş cəsədlərini aşkar edib.

APA yerli “CBS” telekanalına istinadən xəbər verir ki, uşaqların 3-ü də 5 yaşdan kiçikdir.

Cəsədlər tapıldıqdan bir neçə saat sonra uşaqların anası şübhəli şəxs qismində Kaliforniyanın mərkəzində saxlanılıb.

Polis cinayətin motivlərini araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR