ABŞ-da yeni il gecəsi silahlı insidentlər zamanı azı 10 nəfər ölüb

ABŞ-da yeni il gecəsi silahlı insidentlər zamanı azı 10 nəfər ölüb
# 02 yanvar 2020 04:04 (UTC +04:00)

Yeni il gecəsi ABŞ şəhərlərində silahlı insidentlər nəticəsində azı 10 nəfər ölüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “USA Today” qəzeti yazıb.

Qəzetin yazdığına görə, insidentlərin çoxu barlarda və gecə klublarında baş verib. Orlando (Florida ştatı) şəhərindəki gecə klubunda şənlik zamanı atəş açarkən iki nəfər ölüb. Daha iki nəfər Texasdakı bir klubda öldürülüb. ABŞ-ın Virciniya ştatındakı bir barda atışma nəticəsində 7 nəfər yaralanıb. Atışma nəticəsində Sent-Luisdə (Missuri ştatı) və Filadelfiyada (Pensilvaniya ştatı) bir neçə nəfər də öldürülüb.

Nəşr qeyd edir ki, bayram öncəsi baş vermiş atışma hadisələri kütləvi qətllərin sayına görə rekordun qeydə alındığı ili “tamamlayıb”. “USA Today”in yazdığına görə, 2019-cu ildə ABŞ-da 40-dan çox kütləvi qətllər törədilib ki, bu da son 50 il ərzində rekord göstəricidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR