ABŞ dövlət katibi Əfqanıstana səfər edib

#
# 14:50
15 aprel 2021

ABŞ dövlət katibi Entoni Blinken Əfqanıstana səfər edib.

APA-nın xəbərinə görə, bu barədə "TOLO News" öz mənbəsinə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, ABŞ dövlət katibi Entoni Blinken Prezident Co Baydenin Əfqanıstandan ABŞ qoşunlarının tam çıxarılacağını elan etməsindən bir neçə saat sonra Kabilə gəlib.

Xatırladaq ki, ABŞ Administrasiyası bu il sentyabrın 11-dək qoşunlarını Əfqanıstanda çıxaracağını bəyan edib. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR