ABŞ dövlət katibinin birinci müavini Sergey Lavrovla görüşüb

#
# 16:55
25 avqust 2020

ABŞ dövlət katibinin birinci müavini Stiven Biqan Moskvada Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşüb.

APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Rusiyadakı səfirliyinin mətbuat katibi Rebeka Ross "Twitter"də bildirib. 

"Dövlət katibinin birinci müavini Biqan nazir Lavrovla Belarusdakı mövcud vəziyyəti müzakirə etdi. S. Biqan belaruslara qarşı zorakılığı pisləyərək Belarusun suverenliyini və xalqın öz müqəddəratını təyinetmə hüququnu dəstəklədiyini bildirdi.

Dövlət katibinin birinci müavini Stiven Biqan eyni zamanda müxalifətçi Aleksey Navalnının vəziyyətindən, onun zəhərlənməsi barədə məlumatların Rusiya vətəndaş cəmiyyətinə təsirindən dərin narahatlığını ifadə etdi və hər hansı demokratik cəmiyyətdə şəffaflığın və söz azadlığının əhəmiyyətini vurğuladı", -deyə Rebeka Ross qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR