ABŞ-ın “Alki beach” çimərliyində insan qalıqları olan kisələr tapılıb

ABŞ-ın “Alki beach” çimərliyində insan qalıqları olan kisələr tapılıb
# 21 iyun 2020 04:16 (UTC +04:00)

ABŞ-ın Seattle şəhər Polis İdarəsinin əməkdaşları “Alki beach” çimərliyində içərisində insan qalıqları olan bir neçə kisə tapıblar.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, çimərlikdə içərisi dolu şübhəli çantanın olması barədə şəhər polisinə xəbər daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələndə sahilə yaxın hissədə suda digər oxşar kisənin olduğunu görüblər. Müayinə zamanı kisələrin içərisində insan qalıqlarının olduğu aşkar edilib.

İnsan qalıqlarının kimə məxsus olduğunun araşdırılması üçün kisələr məhkəmə tibbi ekspertizasına təhvil verilib.

Hadisə ilə bağlı istintaq başladılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR