ABŞ-ın Nevada ştatında məhkəmə seçki nəticələrinin sertifikatlaşdırılmasını dayandırmaqdan imtina edib

ABŞ-ın Nevada ştatında məhkəmə seçki nəticələrinin sertifikatlaşdırılmasını dayandırmaqdan imtina edib
# 21 noyabr 2020 07:39 (UTC +04:00)

ABŞ-ın Nevada ştatında məhkəmə hakimi prezident seçkilərinin nəticələrinin sertifikatlaşdırılmasını dayandırmaqdan imtina edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, hakim bunun təxminən 1 milyon seçicinin səslərinin sayılmasına mane olacağını bildirib.

“Məhkəmənin bu cür addım atması üçün səlahiyyəti yoxdur”, - deyə hakim qeyd edib.

Altı seçicisi olan Nevada Donald Trampın qərargahının prezident seçkilərində Co Baydenin qələbəsi ilə bağlı səslərin mübahisəli olduğunu əsas gətirərək yenidən sayılmasını tələb etdiyi ştatlardan biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR