ABŞ-ın kommersiya neft ehtiyatları rekord həddə çatıb

ABŞ-ın kommersiya neft ehtiyatları rekord həddə çatıb
# 30 iyun 2020 06:43 (UTC +04:00)

Neft məhsullarına tələbatın azalması səbəbindən ABŞ-ın kommersiya neft ehtiyatları rekord səviyyəyə - 541 milyon barelə çatıb.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin Energetika Məlumatları İdarəsinin məlumatında qeyd edilib.

“Son dövrdə neft məhsullarına tələbatın azalması ABŞ-dakı ticarət neft ehtiyatlarının, 19 iyunda bitən həftənin göstəricisinə əsasən, rekord həddə - 541 milyon barelə çatmasına səbəb olub”, - məlumatda belə deyilir.

Bu rəqəm 2017-ci il martın sonunda müəyyən edilən əvvəlki rekorddan 5 milyon barel çoxdur. O da bildirilir ki, ABŞ-da neft anbarların yalnız 62%-i dolub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR