ABŞ konqresinə təqdim olunan "F-35" hesabatında Türkiyə ilə bağlı məqamlar aydın olub

ABŞ konqresinə təqdim olunan "F-35" hesabatında Türkiyə ilə bağlı məqamlar aydın olub
# 13 may 2020 02:11 (UTC +04:00)

ABŞ Hökumət Hesabatlığı Ofisi (GAO) Türkiyənin “F-35” proqramından uzaqlaşdırılmasının istehsal və tədarükə mənfi təsir göstərəcəyinə diqqət çəkib.

APA-nın "Anadolu" xəbər agentliyinə istinadla verdiyi məlumata görə, bu barədə GAO-nun hazırladığı “F-35” təyyarələrinin satınalma hesabatında bildirilib.

ABŞ Konqresi üçün yoxlama, qiymətləndirmə və təhqiqat xidmətləri təqdim edən GAO-nun sözügedən hesabatında yeni növ koronavirusla (COVID-19) əlaqədar təyyarələrin sınaqlarında və hissələrinin istehsalında 9 aylıq ləngimə yarandığı məlum olub. Bu ləngimə ilə əlaqədar istehsalın gələn ilin martına qalacağı ehtimal edilib.

GAO ABŞ konqresinə təqdim etdiyi hesabatda, həmçinin bildirilib ki, Türkiyənin keçən ilin iyununda Rusiyadan aldığı "S-400" zenit-raket kompleksləri ilə əlaqədar “F-35” proqramından xaric edilməsi istehsal xərclərini daha da artıracaq: “Proqram Türkiyə təchizatçıları tərəfindən istehsal edilən 1005 hissə üçün yeni bir qaynaq təyin edib, amma hazırda istehsal edilən 15 hissə tələbatı ödəmir”.

Təyyarənin aparat və proqram təminatının yenilənməsi üçün isə "Blok 4" modernləşdirilməsinin xərclərinin 1,5 milyard dollar artaraq 12,1 milyard dollara qalxacağı bildirilib. Belə olan halda hesabatda "F-35" proqramının istehsal standartlarına cavab verə bilmədiyi ortaya qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR