ABŞ kosmosa hərbi qulluqçu yerləşdirmək niyyətindədir

ABŞ kosmosa hərbi qulluqçu yerləşdirmək niyyətindədir
# 30 sentyabr 2020 06:31 (UTC +04:00)

ABŞ gələcəkdə kosmosa hərbi qulluqçular yerləşdirməyi düşünür.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Kosmik Qüvvələrin Kosmik Əməliyyatlar Komandanlığının rəhbəri general-mayor Con Şou videokonfrans zamanı bildirib.

“Hansısa bir məqamda, bəli, insanları kosmosa göndərəcəyik. Onlar Ay mühitində və ya daha haradasa Komandanlıq Mərkəzlərini idarə edə bilərlər”, - Şou belə deyib.

Onun sözlərinə görə, hərbi obyektlər qismən avtonom rejimdə işləyə bilsəydi, insanlar onları daim izləməli olmazdı. Kosmik qüvvələrin hədəfi, təhlükə vəziyyətində proqram yeniləmələri və manevrlər daxil olmaqla, özlərini idarə edə biləcək peyklər yerləşdirməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR