ABŞ müttəfiqlərindən müdafiə xərclərini artırmağı tələb edib

ABŞ müttəfiqlərindən müdafiə xərclərini artırmağı tələb edib
# 20 oktyabr 2020 22:34 (UTC +04:00)

“ABŞ Rusiya Federasiyası və Çin Xalq Respublikasının hərbi gücü fonunda NATO ölkələri ilə yanaşı, bütün müttəfiqlərdən Ümum Daxili Məhsulun 2 faizinin müdafiə xərclərinə ayırmağı tələb edib”. 

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə naziri Mark Esper açıqlamasında bildirib.

Pentaqon rəhbəri pandemiyanın yaratdığı çətinlikləri və maddi ziyanları qiymətləndirdiklərini desə də, vurğulayıb ki, bu gün təhdidlər azalmayıb: “Əksinə, ölkələr daxili iqtisadi vəziyyətlərini yaxşılaşdırmağa çalışsalar da, daha da pisləşib. Rəqiblərimiz isə bundan istifadə etməyə çalışırlar. Buna görə də NATO üzvləri də daxil olmaqla, bütün ölkələr – müttəfiqlərimiz götürdükləri öhdəliklərə əməl edərək ümumi təhlükəsizliyimizə daha çox töhfə verəcəklər”. 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR