ABŞ prezidenti Donald Tramp prezident seçkilərində səs verib

ABŞ prezidenti Donald Tramp prezident seçkilərində səs verib
# 24 oktyabr 2020 18:51 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp prezident seçkilərində erkən səs verib.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, Florida ştatının Vest Palm Beach şəhərində keçirilən səsvermə D. Trampın seçki qərargahının “YouTube” kanalı ilə yayımlanıb. 

Tramp səsverməyə tək, həyat yoldaşı olmadan, az sayda insanın müşayiəti ilə qatılıb. Mətbuat səsvermə zonasına buraxılmayıb. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR