ABŞ qoşunlarını çıxaran zaman Əfqanıstana bombardmançı təyyarələr göndərəcək

ABŞ qoşunlarını çıxaran zaman Əfqanıstana bombardmançı təyyarələr göndərəcək
# 24 aprel 2021 04:23 (UTC +04:00)

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Əfqanıstandakı Amerika əsgərlərinin çıxarılması zamanı onların mühafizəsini gücləndirmək bağlı qərarı təsdiqləyib. Buraya uzaqmənzilli bombardmançı təyyarələrin yerləşdirilməsi də daxildir.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirdiyi brifinqdə Pentaqonun nümayəndəsi Con Kirbi açıqlama verib.

Onun sözlərinə görə, müdafiə naziri kontingentin çıxarılması prosesinə “Taliban” hərəkatı tərəfindən qarşılıq verilə biləcək halların nəzərə alınmasını məqsədəuyğun hesab edir: “Bu baxımdan elə edəcəyik ki, qoşunların çıxarılması təhlükəsiz, nizamlı, hazırlıqlı və məsuliyyətli olsun, beləcə qoşunların mühafizəsi ən yüksək səviyyədə həyata keçiriləcək”.

Kirbi bildirib ki, ilk növbədə xüsusi olaraq ABŞ Hərbi Dəniz Qüvvələrinin “Duayt Eyzenhauer” atom aviasiyadaşıyıcı gəmisi Orta Şərq, Mərkəzi Asiya və bəzi Cənubi Asiya regionlarını əhatə edən ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) əməliyyat zonasında qalacaq: “Llyod Ostin bölgədə müəyyən sayda uzaqmənzilli bombardmançı təyyarələrin yerləşdirilməsini də təsdiqləyib”.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasına may ayında başlanılacağını və bu prosesin 11 sentyabr 2021-ci ilədək tamamlanacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR