ABŞ rəsmiləri "General Electric" şirkətinə İrandakı təyyarə qəzasını araşdırmağa icazə verib

ABŞ rəsmiləri "General Electric" şirkətinə İrandakı təyyarə qəzasını araşdırmağa icazə verib
# 22 yanvar 2020 06:49 (UTC +04:00)

General Electric Corporation Ukrayna Beynəlxalq Hava Yollarına aid Boeing 737 sərnişin təyyarəsinin İranda qəzaya uğraması faktının araşdırılmasına kömək üçün ABŞ Maliyyə Nazirliyindən icazə alıb.

APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi “General Electric” şirkətinin nümayəndəsinə istinadən məlumat yayıb.

ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin yanvarın 10-da verdiyi açıqlamada bildirib ki, nazirlik araşdırmada iştirak edəcək bütün iştirakçıların adını İran əleyhinə sanksiyalar siyahısından çıxaracaq.

Agentliyin məlumatına görə, törəmə şirkət olan “General Electric” “Boeing 737” üçün mühərriklər istehsal edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR