ABŞ səfiri Putinin köməkçisi ilə görüşə dəvət edilib

ABŞ səfiri Putinin köməkçisi ilə görüşə dəvət edilib
# 14 aprel 2021 13:17 (UTC +04:00)
ABŞ-ın səfiri Con Sullivan Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakovla görüşə dəvət edilib.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Qeyd edək ki, aprelin 13-də Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub. Co Bayden ABŞ Prezidenti kimi andiçmə mərasimindən sonra rusiyalı həmkarına ikinci dəfə zəng edib. Prezidentlər ikitərəfli münasibətlərin vəziyyəti və bir sıra beynəlxalq məsələləri barədə müzakirə aparıblar.
Ağ Evdən bildirilib ki, telefon danışığı zamanı Bayden Putinə yaxın aylarda üçüncü bir ölkədə görüş keçirməyi təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR