Argentinada zəlzələ baş verib

Argentinada zəlzələ baş verib
# 24 yanvar 2020 05:38 (UTC +04:00)

Argentinanın şimalında 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Xidməti məlumat yayıb.

Məlumata görə, təkanların episentri eyni adlı əyalətin inzibati mərkəzi olan Santiaqo-del-Estero şəhərindən 121 km şimal-şərqdə olub. Zəlzələnin mərkəzi 560 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR