Argentinanın nəqliyyat naziri yol qəzasında ölüb

Argentinanın nəqliyyat naziri yol qəzasında ölüb
# 24 aprel 2021 07:56 (UTC +04:00)

Argentinanın nəqliyyat naziri Mario Meoni yol qəzasında həyatını itirib.

APA xəbər verir ki, bu barədə yerli Todo Noticiastelekanalı məlumat yayıb.

Məlumata görə, nazirin idarə etdiyi avtomobil San-Andres-de-Xiles şəhəri yaxınlığında magistral yolda aşıb. Hadisənin səbəbləri hazırda məlum deyil.

Qeyd edək ki, M.Meoni 2019-cu ilin dekabrından bu vəzifəni icra edirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR